Avropa Birliyi Türkiyəyə yardım əlini uzadır

  • By admin
  • 09 Fevral 2023 13:01

Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün dünyanın hər yerində beynəlxalq yardımlar təşkil edilib.

Bu barədə Gununsesi.info Euronews-yə istinadən xəbər verir.

Hazırda Ankara 40-a yaxın ölkənin dəstəyinə ümid edib. Avropa İttifaqı mülki müdafiə mexanizmini işə salıb: Türkiyəyə 1500 xilasedici və 100 axtarış iti gedib. Avropadan başqa, ABŞ, Çin, Cənubi Koreya, Yaxın Şərq və hətta Ukrayna xilasedicilərin göndərildiyini açıqlayıb.

Ölənlərin sayının gündən-günə artdığı fəlakət bölgələrində birinci prioritet sağ qalanların tapılması və buzlu soyuqdan təhdid edilən yaralıların və çoxlu evsizlərin qayğısına qalmaq olub.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Benoit Carpentiyer:

⁃ Evsiz qalan minlərlə insanımız var. Ona görə də bu insanları Türkiyə və Suriyada tüğyan edən soyuq və yağışdan qorumaq üçün təcili sığınacaqları çox tez təşkil etməli olacağıq. Türkiyədə, insanlara şorba, isti yemək, yorğan vermək və ilk tibbi yardım göstərmək üçün qida səviyyəsində bütöv bir logistika təşkil edən yerli Qızıl Aypara Cəmiyyətimiz var. Suriya tərəfində isə yaralıları tibb müəssisələrinə çatdırmaq üçün təcili yardım maşınlarını koordinasiya edən Suriya Qızıl Aypara Cəmiyyətimiz var. Hər iki tərəfdə tibb mərkəzləri, zərər çəkmiş xəstəxanalar var, ona görə də təbii ki, tibbi yardım almaqda problem olacaq, ona görə də biz hər iki tərəfdən kömək etməyə çalışırıq.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, zəlzələlər sərhədin hər iki tərəfində 23 milyon insana təsir edə bilər.

Tərcümə:
Adil Elxanoğlu