Avropa Birliyi Ukraynaya 1,2 milyard avro pul ayırdı

  • By admin
  • 01 Fevral 2022 19:07

Avropa Komissiyası Rusiya təhdidi qarşısında qalan Ukraynaya əlavə 1,2 milyard avro ayırıb.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə AB komissiyasının sədri Ursula fon der Layen bəyan edib.

“Biz Ukrayanaya göstərdiyimiz 5,6 milyard avroluq yardımdan əlavə 1,2 milyardlıq vəsaiti rəsmi Kiyevə təslim edəcəyik. Bu pullar 5 ayrı proqram çərçivəsində təqdim olunacaq”, – deyə, Komissiyanın məlumatında bildirilir.

Avropa Şurası və Avropa Parlamenti müvafiq qərarla uzlaşdığı halda Ukrayna 600 milyon avroluq ilk tranşı, demək olar ki, qeyd-şərtsiz alacaq. Lakin bunun üçün Aİ və Ukrayna struktur islahatları barədə Anlaşma Memorandumu imzalamalıdır.

İkinci tranşı almaq üçün isə Ukrayna əməlli başlı işləməli olacaq. Aİ-nin əvvəlki yardım proqramlarında olduğu kimi, Ukrayna Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq etməlidir.

Yəni Ukraynanın ikinci, 600 milyon dollarlıq tranşı alması Avropa Birliyinin istəklərini yerinə yetirməsi, struktur islahtları aparması və BVF ilə imzalanan razılaşmaları icra emtəsi halında mümkün olacaq.

 

Gununsesi.info