Avropa Birliyi yeni hərbi blok yaratmalıdır.
Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla Avropa Komissiyasının sədri Jan-Klod Yunker Strasburqda Avropa Paralmentində AB-nin sosial-iqtisadi siyasətinin prioritetləri ilə bağlı illik məruzəsi zamanı deyib: “Lissabon müqaviləsi AB ölkələrinə özlərinin daimi fəaliyyət göstərən hərbi struktur yaratmağa imkan verir. Hesab edirəm ki, artıq bu imkandan istifadə etmək üçün zaman yetişib”.

Yunker deyib ki, AB ölkələri arasında hərbi sahədə əməkdaşlıq qaneedici səviyyədə deyil. “Hansı ki, bu Avropada 20 milyodan 100 milyonadək başa gəlir. Avropanın təhlükəsizliyini təmin etmək üçün müdafiə sənayesi üzrə öz innovativ imkanlarımızı sübut etməliyik, Ona görə də, ilin sonunadək müdafiə qabliyyətli innovativ ideyaları dəstəkləmək məqsədi ilə Avropanın müdafiə fondunun yaradılmasını təklif edirik”- deyə, J.K Yunker əlavə edib.
Avrokomissar onu da deyib ki, bu məqsədlə vahid mülki və hərbi qərargah yardılmalıdır. “AB artıq “bir böyük gücdən” və digər ölkələrin hərbi güclərindən asılı ola bilməz”- o, qeyd edib.
Gununsesi.info