Gununsesi.org xəbər verir ki, İngiltərənin Avropa Birliyindən çıxması müddəti başa çatdığı vaxtda Birlik rəhbərliyindən də maraqlı açıqlamalar səsləndirilir. Avropa Komissiyasının rəhbər köməkçisi Frans Timmermans ayrılıqla əlaqədar olaraq İngiltərəyə xitabən romantik məktub yazıb.
Timmermans az qala eşq məktubuna bənzər yazısında “Brex”itin əleyhinə olduğunu deyib.
İngiltərənin “Guardian” qəzeti vasitəsi ilə yayımlanan məktubda, “ayrılmağa qərar verdin və bu mənim qəlbimi qırır, amma qərarına hörmət edirəm”, – deyə bildirilir.
Avropa Birliyi və İngiltərə arasındakı əlaqəni, “sən olduğun üçün və mənə verdiklərin üçün səni sevirəm”, – deyə izah edən Timmermans, məktubunda İngiltərəyə açıq qapı qoyub. O, İngiltərənin Avropa Birliyinə geri dönmək istəyinin daim xoş qarşılanacağını vurğulayıb.
Timmermans, həmçinin İngiltərənin keçmiş baş naziri Devid Kameronun 2016-cı ildə AB üzvlüyünü referenduma çıxarmaq qərarını da “səhv” adlandırıb.
Qeyd edək ki, İngiltərədə üç il davam edən Brexit düyünü 12 dekabr tarixində keçirilən növbədənkənar seçki ilə açıldı. Seçkidə gücünü artıran İngiltərənin baş naziri Boris Conson ayrılıq müqaviləsini Nümayəndələr Palatasına çıxardı.
Səsvermədən keçən müqavilə Lordlar Palatasında da təsdiqlənərsə, İngiltərə 31 yanvar 2020-ci il tarixindən etibarən Avropa Birliyindən rəsmən çıxacaq.
Gununsesi.org