“Avropa Birliyinin ABŞ-a ehtiyacı var”- Berlindən ÇAĞIRIŞ

“Avropanın, Çin və Rusiya da daxil olmaqla, XXI əsrin çətin çağırışlarına cavab verməsi üçün ABŞ-a ehtiyacı var”.

Gununsesi.info xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin Transatlantik əməkdaşlıq məsələləri üzrə Vaşinqtondakı nümayəndəsi Peter Beyer deyib:

HTML tutorial

“XXI əsrin Çin, Rusiya, rəqəmsallaşma, iqlim dəyişikliyi və pandemiya kimi mürəkkəb problemlərinin öhdəsindən yalnız etibarlı Transatlantik ittifaqda işləməklə gələ bilərik. Bir sözlə, Avropanın Şimali Amerikaya ehtiyacı var, amma Şimali Amerikanın da Avropaya ehtiyacı var”.