Avropa bizdən nə istəyir? – PƏRVİZ HƏŞİMLİ YAZIR

  • By admin
  • 18 Dekabr 2021 14:28

“Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı irəli aparmalıdır.
İnsan hüquqları, məhkəmə-hüquq sistemi və azad bazarla bağlı tələblərə görə hökumət tərslik etməməlidir”.

Bunu özünün sosial şəbəkə hesabında Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimli yazıb.
Jurnalist daha sonra qeyd edir:

Belarus deyilik ki, üz çevirək.
Hərbi konfilikt yaşadığımız Ermənistan bu əməkdaşlığı müttəfiqliyə doğru aparır.

Bu, İrəvana qarşıda böyük perspektivlər vəd edir.
Neft pulu da tükənir, daha əvvəlki kimi öyünə də bilmərik.
Təsəvvür edin, biz əməkdaşlıqdan yayınırıq, ermənilər isə Aİ-nin imkanlarından bəhrələnir.
İtirən biz, qazanan düşmənlərimiz olacaq!
Axı, Avropa bizdən nə istəyir.

Putin kimi torpağımıza qoşun yığmaq niyyəti yoxdur.

Deyir ki, inkişafına yüz milyonlar verirəm, öküzbaş hakimləri adam edin, güclü məhkəmə hüquq-sistemi qurun!

Gununsesi.info