Avropa çempionatında finalçılar bəlli oldu

  • By admin
  • 28 İyun 2017 09:33

558143

21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Polşada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsinin oyunları keçirilib.

Gununsesi.info xəbər verir ki, ilk yarımfinal görüşü İngiltərə və Almaniya arasında baş tutub.

4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Bu səbəbdən də finala vəsiqənin sahibi penaltilər seriyasında bəlli olub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən almanlar 4:3 hesabı ilə üstün olublar və həlledici oyuna vəsiqə qazanıblar.

Digər yarımfinal görüşündə isə İspaniya və İtaliya yığmaları qarşılaşıb. Bu oyunda da qapılara 4 qol vurulub. Lakin 90 dəqiqənin tamamında ispanlar 3:1 hesabıyla qalib gəliblər və finala yüksəliblər.

Beləliklə, iyunun 30-da keçiriləcək həlledici qarşılaşmada İspaniya ilə Almaniya milliləri qarşılaşacaq.

Gununsesi.info