Avropa çempionatında İslandiya möcüzəsi - VİDEO

  • By admin
  • 28 İyun 2016 08:44

england iceland

 

HTML tutorial
Fransada keçirilən Avropa çempionatı davam edir. Gununsesi.info xəbər verir ki, bu gecə 1/8 finala yekun vurulub.
Mərhələnin son oyununda favoritlərdən olan İngiltərə İslandiyanı sınağa çəkib. Hesabı 4-cü dəqiqədə penaltidən Ueyn Runi açıb. İki dəqiqə sonra Ranyar Siqurdson bərabərliyi təmin edib. 18-ci dəqiqədə isə Kolber Siqtorson İslandiyanın qələbə qoluna imza atıb. Beləliklə, islandlar turnirin favoritlərindən olan İngiltərəni mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, indiyədək Fransa, Almaniya, Portuqaliya, Belçika, Polşa, Uels və İtaliya 1/4 finala çıxıb.
Qollar: Ueyn Runi, 6-pen – Ranyar Siqurdson, 6. Kolber Siqtorson, 18.