
Azərbaycanlı FİFA referisi daha bir beynəlxalq oyuna təyinat alıb.
Gununsesi.info-nun məlumatına görə, Əliyar Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final oyununu idarə edəcək.
Almaniyada təşkil olunmuş turnirin iyulun 24-də, Sinsheim şəhərindəki “Rhein-Neckar-Arena”da keçiriləcək final qarşılaşmasında Fransa və İtaliya yığmaları qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Gununsesi.info