Avropa çempionatının təqvimi açıqlandı

  • By admin
  • 31 May 2017 13:52

boks

Kişi boksçular arasında Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatının təqvimi dəqiqləşib.

Gununsesi.info-nun məlumatına görə, Azərbaycan millisinin də iştirak edəcəyi yarışda iyunun 16-20-də ilkin döyüşlər baş tutacaq.

“Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu döyüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.

Gununsesi.info