Avropa çempionatlarında ən çox qolu iki futbolçu vurub

  • By admin
  • 23 İyul 2020 14:31

UEFA Avropa çempionatlarının final mərhələsində ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. 

Gununsesi.org-un məlumatına görə, siyahıya iki oyunçu başçılıq edir.

Hazırda İtaliya “Yuventus”unda çıxış edən Portuqaliya millisinin üzvü Kriştianu Ronaldu və Fransa yığmasının sabiq yarımmüdafiəçisi Mişel Platini 9 dəfə rəqib qapılarına yol tapıblar.

Qeyd edək ki, Kriştianu Ronaldu 21 matçla Avropa çempionatları tarixində ən çox oyun keçirən futbolçudur.

 

Gununsesi.org