Avropa diplomatiyasının rəhbəri ABŞ-İran atəşkəsi fonunda Səudiyyə Ərəbistanına səfər edəcək

  • By Admin2
  • 08 Aprel 2026 12:15

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Səudiyyə Ərəbistanına səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, səfər aprelin 8-nə planlaşdırılıb.

Məlumatda deyilir ki, “səfər təhlükəsizlik səbəblərinə görə gizli saxlanılıb”.

Buradan belə nəticə çıxır ki, avropalı diplomat Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl-Səud və Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd Əl-Budaivi ilə görüşməyi planlaşdırır. Tərəflərin Yaxın Şərq münaqişəsinin mümkün həll yollarını müzakirə edəcəyi gözlənilir.

Orxan

Gununsesi.info