Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizli Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borel fevralın 6-da Kiyevə gəlib.
Gununsesi.info xəbər verir ki, Boreli səfərdə xüsusi müşaviri, diplomat Zəki Laidi müşayiət edib.
Zəki Laidi X sosial şəbəkəsində Kiyevdə qatarın fotolarını yerləşdirib.
Cozep Borel keçən ay Avropa İttifaqı Xarici Əlaqələr Şurasından sonra keçirdiyi mətbuat konfransında, Aİ-nin davamlı hərbi və təhlükəsizlik dəstəyini təsdiqləmək üçün fevralın əvvəlində Ukraynaya səfər edəcəyini açıqlayıb.
Gununsesi.info