Avropa Ermənistanı ittiham etdi - ZORAKILIQDA

  • By admin
  • 30 İyul 2016 11:36

ermeni

 

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland iyulun 30-da gecə saatlarında İrəvanda keçirilən davamsız aksiyanın zor gücü ilə dağıdırlması və bu zaman yaralıların olmasında, kütləvi həbslərdən narahatşılığını ifadə edən bəyanatla çıxış edib.

Gununsesi.info “news.am”-a istinadən xəbər verir ki, AŞ Baş Katibi İrəvanda baş verən hadisələrlə bağlı bunu deyib: “Avropa Şurasına üzv ölkə olan Ermənistanda baş verən son hadisələri narahatlıqla izləyirik”.

Baş katib xatırladıb ki, qanunun aliliyinin rəhbər tutulduğu ölkələrdə bütün məsələlər demokratik norma və standartlara hörmət edilməklə, siyasi diaoloq vasitəsilə həll edilməlidir. “Bunu nəzərə alaraq, bütün tərəfləri dərhal bu təhlükəli vəziyyətə son qoymağa və demokratik metodlara geri qayıtmağa çağırıram. Demokratiya, qanunun aliliyi və insan haqları üstün gəlməlidir. Azad toplaşmaq hüququna hörmətlə yanaşılmalıdır”, – deyə T. Yaqland vurğulayıb.

 

ermeni3

 

ermeni1

 

Gununsesi.info