Suriyada Əsəd rejiminin devrilməsindən sonra açıqlama verən İngiltərə, HTŞ ilə bağlı əhəmiyyətli mesaj verdi.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Kabinetini idarə edən Pat MakFadden hökumət Heyət Təhrir əl-Şamın (HTS) qadağan edilməsinə yenidən baxacağını bildirib.
Hökumətin qadağanı yenidən nəzərdən keçirib-görməyəcəyi sualına McFadden Sky News-a deyib:
“Bəli, biz bunu nəzərdən keçirəcəyik və düşünürəm ki, bu, həmin qrupun hazırda necə davranmasından qismən asılı olacaq.”
McFadden həmçinin əlavə edib:
“Ancaq düşünürəm ki, dünyada bunu qadağan edən ölkələr (qrup), təkcə Böyük Britaniya deyil, ABŞ, Avropa ölkələri də, yəqin ki, indi buna baxacaq və gələcəkdə nə olacağını görəcək. Lakin həftəsonu bu məsələ ilə bağlı heç bir qərar qəbul etməmişik”.
Qərar vermək üçün nə qədər vaxt lazım olduğunu soruşduqda, McFadden belə cavab verib:
“Bu, o qədər də uzun sürməyəcək. “Düşünürəm ki, biz bunu tez bir zamanda etməliyik.”
Orxan Saffari