Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq

  • By admin
  • 15 Sentyabr 2019 20:02

Avropa ABŞ sanksiyalarından yan keçməklə İranla ticarət üçün yaradılacaq INSTEX mexanizmi üçün fonda 15 milyard dollar ayırmağa razılaşıb.

Gununsesi.org-un verdiyi məlumata görə, bu vəsaitin ayrılması İranın nüvə razılaşmasına qayıtmasından asılıdır.

HTML tutorial

İran parlamentinin Təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Mocteb Zunnur deyib ki, avropalılar 15 milyard dolları 3 dəfə hissə-hissə INSTEX fonduna köçürməyə razılaşıblar.

 

Gununsesi.org