Avropa İttifaqı (Aİ) Komissiyası X sosial media platformasının sahibi İlon Maska zorakılıq ehtiva edən qeyri-qanuni məzmun və dezinformasiya yayıldığını bildirərək, bunların aradan qaldırılmasını tələb edib. Maskdan Aİ-yə gözlənilən cavab gəlib.
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqı Komissiyasının rəqəmsal xidmətlərdən məsul üzvü Thierry Breton, əvvəllər “Tvitter” kimi tanınan X platformasının sahibi İlon Maska məktub göndərərək HƏMAS-ın İsrailə qarşı başlatdığı əməliyyatla bağlı müraciət edib.
Breton bildirib ki, Aİ-də X platformasının qeyri-qanuni məzmun və dezinformasiya yaymaq üçün istifadə edildiyinə dair məlumatlar var. O, Aİ-nin Rəqəmsal Xidmətlər Qanununun öhdəliklərini xatırladıb və zorakılıq və ya terror ehtiva edən məzmunun silinməli olduğunu, müvafiq qurumların xəbərdarlıqlarına baxmayaraq X-in onları silmədiyini bildirib.
Breton Maska yazdığı məktubda X rəsmilərinin “Europol” və müvafiq hüquq-mühafizə orqanları ilə əlaqə saxlamasını tələb edərək, 24 saat vaxt vermişdi.
Məktub paylaşıldıqdan sonra İlon Maskın nə cavab verəcəyi maraq doğurub. Gözlənilən cavab X-in sahibi Maskdan gəlib. Mask Aİ-nin iddia etdiyi pozuntuların ictimaiyyət tərəfindən görülə bilməsi üçün paylaşılmasını istəyirdi. Mask Aİ-yə verdiyi cavabda, “Bizim siyasətimiz hər şeyin açıq mənbəli və şəffaf olmasıdır. Qeyd etdiyiniz pozuntuları paylaşın ki, ictimaiyyət onları görsün, biz də görə bilək”, deyib.
Səid Əhmədli
Gununsesi.info