Avropa İttifaqı, ABŞ və Böyük Britaniya səfirliyi Bakıda İnsan Hüquqları Gününü qeyd edəcək

  • By admin
  • 08 Dekabr 2022 12:22

Avropa İttifaqının, ABŞ-ın   və Böyük Britaniyanın Azərbaycandakı diplomatik nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Bakıda 10 Dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan qəbul təşkil olunacaq.

Gununsesi.info-nun xəbərinə görə,  Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus əməkdaşlarının və insan hüquqları müdafiəçilərinin qatıldığı tədbirdə insan hüquqlarının dövlətlər üçün əhəmiyyətindən danışılacaq.

Qeyd edək ki, 1948-ci ilin 10 dekabrında BMT-nin Baş Məclisi tərəfindən “İnsan hüquqları haqqında ümumi bəyannamə” qəbul edilmişdir.

1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

Günay

Gununsesi.info