“Şadam ki, dünən Azərbaycan Milli Məclisi Avronestə qayıtmaqla bağlı məsələni nəzərdən keçirmək haqqında qərar qəbul etdi”.
Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Diplomat bildirib ki, Azərbaycanda səfərdə olan Avropa parlamentariləri azərbaycanlı həmkarları ilə işləməkdə maraqlı olduqlarını açıq bildiriblər.
“Avropa İttifaqı Azərbaycanla əlaqələri gücləndirməkdə maraqlıdır. Ümid edirəm ki, yaxın vaxtlarda bu, qanunvericilik müstəvisində də əks olunacaq”, – deyə xanım Mard qeyd edib.
Azərbaycan Milli Məclisinin dünənki iclasında Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qərar qəbul edilib.
Gununsesi.info