Avropa İttifaqı Bakı və İrəvana səsləndi

  • By admin
  • 29 May 2021 08:32

“Avropa İttifaqı Ermənistanı və Azərbaycanı vəziyyəti gərginləşdirməməyə çağırır və sərhəddəki vəziyyətin həllində də köməyi təklif edir”.

Gununsesi.info xəbər verir ki, bu barədə  AI-nin xarici siyasət xidmətinin sözçüsü Peter Stano tərəfindən verilən açıqlamada deyilir.

“Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən son hadisələr təhlükəli və həyəcan vericidir. Avropa Birliyi hər iki tərəfi hər hansı hərbi yerləşdirmədən çəkinməyə çağırır. Bütün qüvvələr 12 Maydan əvvəl tutduqları mövqelərə çəkilməlidir. Hər iki tərəf sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlarda iştirak etməsi vacibdir “.

Aİ  eyni zamanda Azərbaycanı bütün hərbi əsirləri və məhbusları dərhal sərbəst buraxmağa çağırdı, “mümkün beynəlxalq müşahidə missiyasının yaradılması təklifini, və gərginliyi azaltmaq üçün bütün səyləri alqışladı”.

“AB sərhədlərin delimitasiyası və demarkasiyasında ekspert dəstəyi və yardım göstərməyə, etimad yaratmaq üçün lazımi səyləri dəstəkləməyə hazırdır” – açıqlamada deyilir.