Avropa İttifaqı Bakı və İrəvanı təmkinli olmağa çağırır

  • By admin
  • 16 May 2021 09:30

Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhəddində baş verən narahatedici hadisələri diqqətlə izləyir.

Gununsesi.info xəbər verir ki, bunu ötən gün Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.

“Avropa xarici siyasət xidmətinin baş katibi Stefano Sannino Cümə axşamı mənim adımdan Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə söhbət edib, hər iki tərəfi maksimum təmkinlilik göstərməyə və eskalasiyanı azaltmağa çağırıb”, – Borrelin bəyanatında deyilir.

“Sərhədlərin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. Biz iki tərəf arasında texniki səviyyədə davam edən əlaqələri alqışlayırıq”.