Avropa İttifaqı Bosniya və Herseqovina ilə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlib

  • By admin
  • 22 Mart 2024 09:38

Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel Bosniya və Herseqovina ilə Aİ-yə üzvlük danışıqlarına başlamaq qərarını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Mişel Aİ-nin Brüsseldə keçirilən sammiti zamanı X sosial şəbəkəsində yazıb.

“Sizin yeriniz bizim Avropa ailəmizdədir. Bugünkü qərar sizin Aİ-yə gedən yolda irəliyə doğru atılmış mühüm addımdır. Bosniya və Herseqovinanın xalqınızın istədiyi kimi inamla irəliləməsi üçün gərgin iş davam etməlidir”, – deyə o qeyd edib.

Bosniya və Herseqovina 15 fevral 2016-cı ildə Aİ-yə üzv olmaq üçün müraciət edib və 15 dekabr 2022-ci ildə namizəd ölkə statusunu alıb.

Aİ Komissiyası martın 12-də Bosniya və Herseqovina ilə Aİ-yə üzvlük danışıqlarının açılması tövsiyəsini qəbul etdiyini açıqlayıb.

 

Gununsesi.info