Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərini yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynanın yenidən qurulması üçün ödəməkdən imtina edəcəyi təqdirdə müsadirə etməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Velt” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Aİ Rusiya aktivlərinin müsadirəsinə mənfi münasibət bəsləyir. Qeyd olunur ki, Rusiya müharibə başa çatdıqdan sonra Ukraynaya təzminat ödəyənə qədər vəsaitlər üzərindən blok götürülməyəcək.
“Avropa İttifaqı aktivləri yalnız Rusiya Ukraynanın yenidən qurulmasını maliyyələşdirməkdən imtina edəcəyi təqdirdə müsadirə etmək istəyir”, – məlumatda vurğulanıb.
Gununsesi.info