Avropa İttifaqı bu ilin sonuna kimi Rusiya qazından imtina edəcək

  • By admin
  • 16 Mart 2024 17:39

Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, Vropa İttifaqı (Aİ) alışı əhəmiyyətli dərəcədə azaltmaq üçün Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalçılarına təzyiqi artırır.

Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir ki, Aİ-nin son səyləri təchizatın yenidən bölüşdürülməsinə və Rusiya hərbi maşını üçün maliyyənin zəifləməsinə yönəlib. Simson cümə günü Aİ-yə mayeləşdirilmiş təbii qazın ən böyük tədarükçüsü olan ABŞ-ın nümayəndəsi ilə LNG tədarükünün artırılması məsələsini müzakirə edib.

“Mesajım ondan ibarət idi ki, bu il Rusiya ixracından daha da uzaqlaşmaq lazımdır. Aİ-də biz Avropalı oyunçulara Rusiyadan LNG-nin alışını azaltmaq üçün təzyiqi tədricən artırırıq və burada yenə də ABŞ-dan tədarükə inam vacibdir”, – Avropa komissarı bildirib.

Onun sözlərinə görə, Avropa hökumətləri əlavə sanksiyalar tətbiq etmədən belə axınların qarşısını almağa imkan verəcək yeni qanun qüvvəyə minəndə Rusiya qazının alışını dayandırmaq üçün yeni alət əldə edəcək. Bu bir neçə həftə ərzində baş verəcək.

Bu, Aİ ölkələrinə Rusiya və Belarus ixracatçılarına LNG tədarükü üçün zəruri olan infrastruktur imkanlarını sifariş etməyi müvəqqəti qadağan etməyə imkan verəcək.

“Biz Rusiyanın son aylarda gəlirlərini azaltdığını gördük, lakin biz hələ də Rusiyanın LNG-nin Avropa bazarlarına çıxmasının qarşısını almaq üçün daha çox iş görməliyik”, –  deyə Simson yekunlaşdırıb.

 

Gununsesi.info