Avropa İttifaqı bu ölkəyə 1 ay vaxt verdi

  • By admin
  • 13 Sentyabr 2017 10:36

02

Avropa İttifaqı (Aİ) məhkəmə sisteminin müstəqilliyinə zərər vura biləcək islahatların dayandırılması üçün Polşa hökumətinə rəsmi xəbərdarlıq göndərib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyası Varşavaya qanun pozuntularının qarşısının alınması ilə bağlı bir ay vaxt verib.

Belə ki, əks halda Avropa İttifaqı məhkəmə islahatlarına görə Polşa əleyhinə sanksiya prosedurunu işə salacaq.
Qeyd edək ki, Polşa hökuməti ötən ay yüksək məhkəmə hakimlərin işdən azad edilməsi və ya təqaüdə göndərilməsinə dair yeni qanun layihəsini qəbul edib.

Xatırladaq ki, 2015-ci ildə Polşada hakimiyyətə gələn millətçi Hüquq və Ədalət Partiyası məhkəmələr və KİV üzrəində öz təsirini gücləndirmək istiqamətində islahatlar aparmaqdadır. Hazırda islahatların qarşısının alınması məqsədilə minlərlə insan etirazlar etməkdədirlər.

Anar

Gununsesi.info