Avropa İttifaqı Ermənistandan imtina etdi – Rəsmi nümayəndə AÇIQLADI

Avropa İttifaqı (Aİ) İrəvanla hərbi təlimlər keçirmək və erməni hərbçilərə təlim keçmək niyyətində deyil.

Gununsesi.info xəbər verir ki, bu barədə “İzvestiya”ya Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano bildirib.

“Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir”, – Stano bildirib.

O qeyd edib ki, Avropa İttifaqı da Ermənistan Silahlı Qüvvələrinin hərbi personalına Aİ-yə üzv dövlətlərin ərazisində təlim keçməyi planlaşdırmır.

Gununsesi.info