
Avropa İttifaqı İsrailə qarşı müharibə ilə əlaqədar Fələstinə yardımın bütün həcminin dondurulduğunu elan edib. Bu yardım çərçivəsində bütün layihələrə yenidən baxılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropanın Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Vargeliy X sosial şəbəkəsində X yazıb.
“İsrailə və onun xalqına qarşı terror və qəddarlığın miqyası dönüş nöqtəsinə çevrilib”, deyə o yazıb. Avropa rəsmisi bildirib ki, “Fələstinlilərə ən böyük donor olan Avropa Komissiyası 691 milyon avroluq bütün inkişaf yardım paketini nəzərdən keçirməyə başlayır”.
Səid Əhmədli
Gununsesi.info