
Avropa İttifaqı Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu, həmçinin LGBT təbliğatına qarşı mübarizə planları ilə əlaqədar Gürcüstan üçün maliyyələşdirmə planlarına yenidən baxıb.
Gununsesi.info xəbər verir ki, RİA Novosti bu barədə Aİ-dəki məlumatlı mənbəyə istinadən xəbər verir.
“Biz artıq Avropa Sülh Fondu çərçivəsində Gürcüstan silahlı qüvvələrinə 2024-cü il üçün 30 milyon avro məbləğində dəstəyi dayandırmışıq”, – agentliyin mənbəsi bildirib.
İddia olunur ki, Aİ-nin Tbilisiyə ayırdığı maliyyəni azaltmaq qərarı avropalı siyasətçilərin Gürcüstanın Amerika qanununa bənzər “Xarici agentlər haqqında” qanunu qəbul edərək öz suverenliyini qorumaq istəyindən narazı olması ilə bağlıdır.
Eyni zamanda, Gürcüstanı Avropa Birliyinə qəbuldan imtina etməklə hədələyirlər.
Bundan əvvəl Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisinin də yaxın beş ildə siyasi birləşmənin genişlənməsi dalğasına daxil olacağını istisna etməyib.
Şəbnəm
Gununsesi.info