Avropa İttifaqı HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyi düşünür

  • By ilhame
  • 10 Noyabr 2023 21:48

Avropa İttifaqı oktyabrın 7-də İsrailə hücuma görə Həmas nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Gununsesi.info xəbər verir ki, bunu Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə 27 icma ölkəsinin xarici işlər nazirlərinin noyabrın 13-də keçiriləcək görüşü ərəfəsində jurnalistlərə deyib.

“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin qara siyahıya salınmasını da əhatə edə bilər”-deyə, o bildirib.

Diplomatın sözlərinə görə, noyabrın 13-də xarici işlər nazirlərinin görüşündə Yaxın Şərqdəki vəziyyət diqqət mərkəzində olacaq:

“Qəzza müharibəsində baş verənlərə və Aİ-nin orta müddətli perspektivdə hansı addımı atacağına dair nazirlər tərəfindən qiymətləndirmə aparılacaq”.

Gununsesi.info