Avropa İttifaqı (Aİ) hesab edir ki, Yaxın Şərqdə eskalasiyanın heç kimə faydası yoxdur.
Gununsesi.info-nun məlumatına görə, bunu İRNA agentliyinə Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsini şərh edərkən deyib.
“Aİ prinsipial mövqe tutaraq eləcə də beynəlxalq cinayət məhkəməsi sahəsində qanunun aliliyini dəstəkləyir”, – o bildirib.
Gununsesi.info