
Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji sazişin imzalanması üzrə danışıqların başlanması ilə bağlı hazırlıq işləri gedir, lakin çətin ki, danışıqlar bu ilin sonuna qədər başlayacaq.
Gununsesi.info-nun məlumatına görə, bunu jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
M.Məmmədquliyev qeyd edib ki, sazişin aspektlərindən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ olacaq.
Onun sözlərinə görə, hər iki tərəf bununla bağlı hazırlıq işləri görür:
“Danışıqlarla bağlı təşkil olunan nümayəndə heyətinə təkcə XİN-nin idarələri deyil, əksər qurumların təmsilçiləri daxil olacaq”.
Gununsesi.info