İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini, Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Pyer Devin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Gununsesi.org Nazirliyin Mətbuat xidmətində istinadən məlumat verir.
Görüşdə Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə edilib, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında yeni anlaşma layihəsi üzrə danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.