Avropa İttifaqı ilə qaz sazişindən sonra Narişkin Bakıya gəldi - PUTİN NARAHATDIR

  • By admin
  • 19 İyul 2022 20:19

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya gəlib.

O, prezident İlham Əliyev, eləcə də Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Orxan Sultanov ilə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Rusiyanın Azərbaycandakı səfirliyi məlumatı  təsdiqləyib.

Azərbaycan Prezident Administrasiyası və rəsmi KİV-i hələlik bu barədə məlumat vermirlər.

Qeyd edək ki, ötən gün Narışkin Yerevanda olub və Ermənistan rəhbərliyilə bir sıra görüşlər keçirib. Brifinqdə o bildirib ki, Rusiya Ermənistana öz xarici kəşfiyyat xidmətini yaratmağa kömək edəcək.

Xatırladaq ki, dünən Azərbaycanla Avropa İttifaqı arasında qaz sazişi imzalanıb. Bu saziş Avropanın Rusiyadan qaz asılılığının aradan qaldırılması istiqamətində verilmiş həm də siyasi qərardır.

Görünür, Putin Narişkini Bakıya yollamaqla Azərbaycana öz narazılığını ifadə etmək istəyir.

Amma sazişdən bir gün əvvəl Azərbaycan Prezidenti Rusiyanı Qarabağdakı erməni silahlılarını çıxarmadığına görə qınayıb.

Pərviz 

Gununsesi.info