Avropa İttifaqı ilə sazişin təqribən 90-92 faizi razılaşdırılıb, bir neçə maddə var ki, orada fikir ayrılığı var”

  • By admin
  • 12 Yanvar 2022 22:56

Ölkə televiziyalarına müsahibəsində Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdən danışıb.

Gununsesi.info bildirir ki, ölkə başçsı Azərbaycanla bu qurum arasında gözlənilən sazişin yaxın zamanlarda imzalanmasının mümkün olduğunu deyib:

“Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur. Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Çünki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər biz real baxsaq bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni, üzvlük perspektivi varmı? Yoxdur. Yəni, yaxın gələcəkdə və orta müddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm. Hər halda yenə də deyirəm. Bizim mövqeyimiz həmişə realist olub. Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Real. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdıra bildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Bir neçə maddə var ki, orada fikir ayrılığı var. Amma hesab edirəm ki, ciddi iradə göstərilərsə, hər iki tərəfdən buna biz nail ola bilərik”.

Günay

Gununsesi.info