Avropa İttifaqı: İsrail aclıqdan silah kimi istifadə edir

  • By admin
  • 18 Mart 2024 13:19

Oktyabrın 7-dən bəri Fələstində mülki əhaliyə sistematik hücum edən İsrailin yardımı əngəlləməsinə Avropa İttifaqı yüksək səviyyədə reaksiya verib.

Gununsesi.info xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borrel İsrailin Qəzzaya yardımın girməsinə mane olaraq aclıqdan silah kimi istifadə etdiyini bildirib.

Aİ-nin xarici siyasətinin ən önəmli simalarından biri olan Borrell bu gün verdiyi açıqlamada İsrailin Qəzzada aclığı qızışdırdığını və aclıqdan müharibə silahı kimi istifadə etdiyini bildirib.

Brüsseldə Qəzzaya humanitar yardım mövzusunda keçirilən konfransın açılışında danışan Borrel, “Biz artıq Qəzzada aclığın astanasında deyilik, minlərlə insanı təsir edən qıtlıq vəziyyətindəyik” deyib.

“Bu qəbuledilməzdir. Aclıqdan müharibə silahı kimi istifadə edilir. İsrail aclığı təhrik edir”, – deyə o bildirib.

Gununsesi.info