Avropa İttifaqı Missiyası: “Ermənilər Azərbaycanın yazda hücum edəcəyini gözləyir”

  • By admin
  • 11 Aprel 2023 13:26

Avropa İttifaqı Aazərbaycanla Ermənistan arasında yenidən savaş başlaya biləcəyini iddia edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Avropa Birliyinin(AB) yüksək təmsilçilərindən biri “POLİTİCO” dərgisinə açıqlamasında çalışdığı qurumun missiyasının gözlənilən ümidləri doğrultmadğını söyləyib.

Adının açıqlanmasını istəməyən qurum təmsilçisi “Bakı ilə fərqli ssenariyə ümid edirdik. Ərazidəki partul xidməti ilə bağlı bütün bilgiləri Azərbaycanla paylaşırıq. Çünki hansısa bir problem olmasını istəmirik”, deyib.

Saytın yazdıqlarına görə Azərebaycan və Erənistan arasında yeni bir savaşın olması rəsmi Brüssel və Rusiyanın yanacaq cəhdlərindən qurtulmasında problem ola bilər. AB-nin Azərbaycandan gələn neft və qazın Rusiyanın satdığı yanacağın yerini doldurması üçün böyük istəklərinin olması bu müharibənin önlənməsini zərurətə çevirir.

Başlayacaq yeni müharibə Avropa Birliyinin hər iki tərəflə əməkdaşlığını kölgəyə salır.

AB-nin həm Ermənistan sərhəddində müşahidəçi missiyası göndərməsi – İrəvanla əməkdaşlığı, həm də rəsmi Bakı ilə 2027-ci ilədək 20 milyard kub metrlik qaz satışının çıxarılması ilə bağlı yüksək profilli anlaşması rəsmi Brüsseli də çətin duruma sala bilər.

Abropa Birliyinin iki rəqib ölkə arasında taraslığı qorumaq üçün Ermənistana göndərdiyi müşahidəçi missiyası aradan uzun zaman keçməsinə baxmayaraq, iki tərəf arasında gərginliyin azalmasına qatqı verə bilməyib.

AB missiyasının başçısı Markus Ritter “Deutsche Welle”yə açıqlamasında bir ço ermənilərin “Azərbaycanı yeni bir savaşa qızışdırmağa” sövq etməsinə toxunub.

Onun fikrincə, Azərbaycan yazda Ermənistana hücum edəcək.

“Əgər bu olmazsa, bizim işimiz bir uğur olar. Azərbaycan və Rusiya təməldə eyni şeyi bildirir: AB missiyası izləmə çətiri altında bir əsgəri kəşfiyyat əməliyyatıdır”, – deyə o vurğulayıb.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info