Avropa İttifaqı Navalnının ölümündə günahkar olanlara qarşı sanksiyaların tətbiqini müzakirə edəcək

  • By admin
  • 19 Fevral 2024 14:43

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Aleksey Navalnının ölümündə günahkar olanlara qarşı sanksiyaların tətbiqini müzakirə edəcəklər.

Gununsesi.info xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclasından əvvəl jurnalistlərin sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı sanksiya mexanizmini Navalnının adını çəkmək niyyətindədir.

Gununsesi.info