Avropa İttifaqı ölkələri bu məsələdə razılığa gəldilər – Yeni sistem

  • By admin
  • 21 Dekabr 2023 08:57

Avropa İttifaqı (Aİ) sığınacaq axtaranlar və immiqrantlarla bağlı yeni qaydaları özündə əks etdirən Yeni Miqrasiya və Sığınacaq Paktı ilə bağlı razılığa gəlib.

Gununsesi.info xəbər verir ki, Gələn il qüvvəyə minəcək sazişdə Aİ ölkələri arasında sığınacaq müraciətlərinin bölüşdürülməsi üçün yeni mexanizm qurulacaq, sığınacaq, qayıdış və sərhəd prosedurları daha təsirli və çevik hala gətiriləcək. Bunlara icazəsiz yerdəyişmələri aşkar etmək üçün daha dəqiq məlumatların toplanması, Aİ-yə daxil olmayan vətəndaşların müəyyən edilməsi üçün qaydaların müəyyən edilməsi və Şengen zonasında təhlükəsizliyin təkmilləşdirilməsi daxildir.

Avropa Komissiyasından verilən açıqlamada sözügedən razılaşmanın Aİ-də miqrasiyanı idarə etmək üçün ortaq bir sistemə doğru mühüm bir irəliləyiş olduğu ifadə edilib. “Bu gün əldə olunan razılaşma Aİ-nin miqrasiyanı ədalətli və nizamlı şəkildə idarə etmək əzmini əks etdirir, Aİ-yə müvəqqəti həllərdən uzunmüddətli və davamlı həll yollarına keçməyə imkan verir”, – deyə məlumatda bildirilir.

Yeni sistemə görə, Aİ sərhədində olmayan ölkələr 30 min sığınacaq müraciəti payını qəbul etmək və ya Aİ fonduna adambaşına ən azı 20 min avro ödəmək arasında seçim etməli olacaqlar. Yoxlama sistemi beynəlxalq müdafiəyə ehtiyacı olanları olmayanlardan ayırmağa çalışacaq və təhlükəsizliyə təhdid yaratdığı düşünülənlər sərhəddə saxlanıla bilər.

Gununsesi.info