Avropa İttifaqı Putinə hərbi tribunal qurulmasını istəyir - RUSİYANIN DONDURULMUŞ PULLARI DA UKRAYNAYA XƏRCLƏNƏCƏK

Avropa İttifaqı (Aİ) Komissiyası Rusiyanın Ukraynada törətdiyi mümkün hərbi cinayətləri araşdırmaq üçün xüsusi tribunal yaradılmasını təklif edib.

Komissiya, həmçinin Aİ-nin sanksiyaları altında dondurulmuş Rusiya aktivlərinin Ukraynanın yenidən qurulmasında istifadə olunmasını istəyir.

Gununsesi.info xəbər verir ki, bu haqda Aİ Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib. O, deyib ki, Rusiya Ukraynanı işğal etdiyi üçün “suveren ölkəyə qarşı təcavüz cinayəti törədib”. Von der Leyen bu səbəbdən Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmaq və günahkarları cəzalandırmaq üçün xüsusi beynəlxalq cinayət məhkəməsi yaradılmalı olduğunu vurğulayıb.

Gununsesi.info