Avropa İttifaqı Putinin qızlarına qarşı sanksiyalara hazırlaşır

  • By admin
  • 06 Aprel 2022 18:06

Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiya prezidenti Vladimir Putinin iki qızına qarşı sanksiyalar tətbiq etməyi düşünür.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. “Putinin qızları Yekaterina və Mariyaya qarşı sanksiyalar simvolik addımdır. Çünki onların Rusiyadan kənarda əhəmiyyətli aktivlərinin olub-olmaması bəlli deyil”, – nəşr yazır. Sanksiyalar paketi Aİ-nin 27 üzvü tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Vladimir Putin həyat yoldaşı və qızlarının anası Lyudmila Putina ilə 2013-cü ildə boşanıb.