Avropa İttifaqı Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasının vacibliyini elan etdi

Avropa Şurasının rəhbəri Şarl Mişel humanitar yardımın ilk növbədə Qəzza zolağında ən çətin vəziyyətdə olanlara çatdırılmasının vacibliyini bəyan edib.

Gununsesi.info xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin X sosial şəbəkəsində verdiyi açıqlamaya toxunan Şarl Mişel Qəzzada humanitar vəziyyətə diqqət çəkib.

O, ümumbəşəri dəyərlərə və insan ləyaqətinə hörmətin vacibliyini vurğulayıb.

“Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquqa hörmət edilməlidir. Əsas ehtiyaclar ən çətin vəziyyətdə olanlara çatdırılmalıdır”, – Mişel bildirib.

Səid Əhmədli
Gununsesi.info