“Avropa İttifaqı qarşısına Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədini qoyub” – Rusiya XİN-dən AÇIQLAMA

“Avropa İttifaqı qarşısına Rusiyanı Cənubi Qafqazdan çıxarmaq məqsədini qoyub. Avropa İttifaqı Moskva Bakı və İrəvan arasındakı üçtərəfli işin arasına girməyə, müdaxilə etməyə cəhd edir”.

Gununsesi.info  bildirir ki, bu sözləri Rusiya XİN-nin MDB üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA-Novosti-yə bildirib: “Belə cəhdlərə Lavrov və Mariya Zaxarova tərəfindən qiymət verilib. Brüsselin Cənubi Qafqazda fəallaşması Qərbin Rusiyaya qarşı sanksiya kampaniyası və ATƏT-in Minsk Qrupunda birgə işdən imtina etməsi fonunda baş verib”.

Onun sözlərinə görə, Avropa İttifaqı əsas məqsədinin Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq olduğunu heç gizlətmir də: “Bu sıfır nəticəsi olan bu geopolitik oyunlardır, biz belə oyun oynamırıq. Biz gündəlik olaraq praktik işlərlə məşğuluq. Bu iş liderlələ birbaşa təmasa, bu ölkələrə tarixi yaxınlığa, maraqların uzlaşdırılmasına və regionda təhlükəsiz və firavan gələcək qurmağa hədəflənib”.

Gununsesi.info