Avropa İttifaqı rəsmisi Putinin barəsində çıxarılmış qərarını şərh edib

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrel Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya diktatoru Vladimir Putinin həbsinə order verməsi məsələsinə mövqeyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Aİ rəsmisi bu qərarın prosesin yalnız başlanğıcı olduğunu deyib.
Borrelin Twitter-də yazdığı kimi, Putin Ukraynaya qarşı cinayətlərə görə məsuliyyətdən qaça bilməyəcək.
“Ukraynadan Rusiyaya uşaqların qanunsuz deportasiyası və köçürülməsi ilə bağlı hərbi cinayətə görə Vladimir Putinin həbsinə order verilməsi ilə bağlı BCM-nin qərarı məsuliyyətə cəlb olunma prosesinin başlanğıcıdır. Biz BCM-nin fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyirik. Cəzasızlıq ola bilməz”.
Gununsesi.info