
Bu gün Avropa İttifaqı (Aİ) Rusiyanın 7 bankını beynəlxalq SWIFT sistemindən ayırıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, VTB, “Rusiya”, “Otkritiye”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və VEB banklarının sistemdən əlaqəsi kəsilib. Aİ həmçinin avro əskinaslarının Rusiyaya satışına və köçürülməsinə qadağa qoyub. Avropa İttifaqının son iqtisadi sanksiyalarından sonra Rusiyada maliyyə bazarı çöküb.
Gununsesi.info