Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib

Avropa Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, yeni məhdudiyyətlər Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) Avropa limanları vasitəsilə tranzitinə təsir göstərəcək.

Assosiasiya ölkələri yanacaq ala biləcək, lakin təkrar ixrac qadağan olunacaq.

Rusiyanın enerji resurslarını daşıyan “kölgə donanmasının” 27 gəmisinə də sanksiya tətbiq edilib.

Yeni sanksiyalar paketinə Rusiyadan 116 fiziki və hüquqi şəxs daxil edilib.

Rusiya Federasiyası, Çin, BƏƏ və Türkiyədən olan 61 şirkətə ikili istifadə texnologiyalarının tədarükünü məhdudlaşdırıb.

 

 

Gununsesi.info