Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı bütün iqtisadi sanksiyaların müddətini altı ay uzadıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin yaydığı bəyanatda deyilir.

“Şura bu gün Rusiya iqtisadiyyatının sektorlarına qarşı qadağa tədbirlərini altı ay – 31 yanvar 2024- cü il tarixinədək uzadılmasına qərar verdi”, – sənəddə qeyd olunur.