Avropa İttifaqı Rusiyaya yox, Ermənistana xəyanət etdi, Brüssel atəşkəsi təbliğ etmək, humanitar yardım göstərmək barədə düşünmürdü.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Zaxarova vurğulayıb ki, “Aİ-nin Ermənistandakı missiyası heç bir sabitlik və ya gərginliyin azalmasını təmin etmir”.
“Əsas vəzifə Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında [münasibətlərin] normallaşmasına yardım etmək deyil, Brüsselin maraqlarına uyğun kəşfiyyatın monitorinqi və vəziyyəti təhrik etməkdir”, – diplomat qeyd edib.
“Onlar əvvəlcə Ermənistana nəsihətlər və vədlər verməklə məşğul olublar, sadəcə olaraq rəsmi İrəvanı özlərinin növbəti tələsinə salıblar, sonra isə vəziyyətin necə inkişaf etdiyinin səssiz şahidi olublar”, – deyə Zaxarova davam edib.
“Moskvanın vasitəçiliyi ilə əldə edilən razılaşmaları İrəvanı itələməyə məcbur edən Qərb ictimaiyyəti oldu”, – deyə o bildirib.
Səid Əhmədli
Gununsesi.info