Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 13-cü sanksiya paketini razlaşdırıblar

  • By admin
  • 22 Fevral 2024 11:39

Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Rusiyaya qarşı sanksiyaların 13-cü paketini razılaşdırıblar.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi məlumata görə, bu sanksiyaların Rusiyanın Ukraynaya müdaxiləsinin ildönümü günü – fevralın 24-də təsdiqlənəcəyi gözlənilir.

Yeni sanksiya siyahısına 200-dək hüquqi və fiziki şəxsin adlarının daxil edildiyi bildirilir.

Sektorlar üzrə sanksiyalar, bəziləri Çin, Hindistan, Türkiyə, Serbiya və Qazaxıstandan olan 27 şirkəti hədəfləyir.

Bu da xəbər verilir ki, Aİ səfirləri Rusiya oliqarxları Alişer Usmanovun, Vyaçeslav Kantorun və Dmitri Mazepinin adlarının siyahıdan çıxarılmasına dair Macarıstanın təklifini rədd ediblər.

Sanksiya siyahısına hərbi şirkət başçısı olan 48 nəfərin və ağır və yüngül silahlar istehsal edən 50-dən çox şirkətin adları salınıb.

Bu siyahıya habelə Ukraynanın işğal olunmuş ərazilərində müxtəlif vəzifələr tutan 12 nəfərin adları daxil edilib.

Bunların arasında ilhaq edilmiş Krımda Rusiya tərəfindən təyin edilmiş “təhsil, elm, gənclər naziri” Valentina Lavrık da var.

O Ukraynanın işğal olunmuş ərazilərindən ukraynalı uşaqların Krımdakı düşərgələrə transfer edilməsinə rəhbərlik edir. Bu mərkəzlərdə uşaqlar ukrayn dilinə və mədəniyyətinə sistemli olaraq yadlaşdırılır.

Afət Abbasova

Gununsesi.info