Avropa İttifaqı Türkiyə vətəndaşlarına vizaları niyə çətinləşdirir? - AÇIQLAMA

Son zamanlar Avropa İttifaqı Türkiyədən olan vətəndaşların viza istəyinə yox cavabı verir. Bu halın kütləviləşməsi bir sıra müzakirələrə səbəb olub.

Gununsesi.info-nun xəbərinə görə, Avropa İttifaqı Komisiyasının nümayəndəsi Anita Hipper Şengen vizası müraciətlərinin rədd edilməsi ilə bağlı bunları deyib.

“Açığını deyim ki, Türkiyə ilə bağlı bu mənada xüsusi bir vəziyyət yoxdur”.

Eyni zamanda o, COVID-19 epidemiyasının da gecikmələrə təsir etdiyini bildirib.

“Bu günlərdə tələbat yenidən artır. Bu, bəzən viza prosedurlarına təsir edə bilər. Ancaq təkrar etmək istərdim Türkiyə üçün unikal bir vəziyyət yoxdur”.

AB-nin problemin həlli üçün hər hansı bir təşəbbüs göstərib-götürməyəcəyi sualına isə Hipper viza qiymətləndirmələrinin hər zaman fərdi əsasda aparıldığını və üzv dövlətlərin məsuliyyəti və yurisdiksiyasında olduğunu bildirib.

2022-ci ildə Türkiyədəki nümayəndəliklər vasitəsilə edilən Şengen vizası müraciətlərinin yüzdə 15-i rədd edilsə də, bu il bu nisbət yüzdə 50-yə yüksəlib.

Tərcümə

Şəbnəm

Gununsesi.info