Avropa İttifaqı Türkiyədə demokratiyanın vəziyyətini qiymətləndirib - 2022-Cİ İLDƏ VƏZİYYƏT PİSLƏŞİB

Avropa İttifaqının 2022-ci il hesabatı açıqlanıb. 

Gununsesi.infonun  140 səhifəlik hesabata istinadən  verdiyi xəbərə görə,  Türkiyədə demokratik təsisatların funksiyalarında ciddi çatışmazlıqlar 2022-ci ildə daha qabarıq olub.

HTML tutorial

Sənəddə deyilir ki, demokratik sahədə geriləmə davam edir: “Xüsusilə demokratiya, insan haqları və qanunun aliliyi kimi əsas məsələlərdə repressiya davam edib.  Türkiyənin demokratik təsisatlarının fəaliyyətində ciddi çatışmazlıqlar var”.

Demokratik tənəzzülün davam etdiyi və prezident sistemindəki struktur çatışmazlıqlarının aradan qaldırılmadığı qeyd edilən hesabatda, “Parlamentdə hökumətin hesabatlılığını təmin etmək üçün lazımi alətlər yoxdur” deyə daha sonra yazılır: “Konstitusiya memarlığı; qanunvericilik, icra və məhkəmə hakimiyyəti arasında möhkəm və səmərəli səlahiyyət bölgüsü təmin edilmədən səlahiyyətləri Prezidentlikdə mərkəzləşdirməyə davam etdi”.

Cənub-Şərqdə vəziyyətin narahatedici olduğunu, insan haqları və ifadə azadlığında geriləmənin davam etdiyini bildirən Aİ Şərqi Aralıq dənizində Kipr Respublikası və Yunanıstanla yaşanan gərginlikdə Türkiyəni günahlandırıb. Aİ Mərkəzi Bankın güclü siyasi təzyiq altında olduğunu və həyata keçirilən iqtisadi siyasətin inflyasiya və qiymət artımına səbəb olduğunu qeyd edib.

Türkiyənin qaçqınlarla bağlı siyasətini yüksək qiymətləndirən Aİ Ankaranın Rusiya-Ukrayna müharibəsində vasitəçilik roluna da işarə edib.

 

Tərcümə:

Mətləb Yaqublu

Gununsesi.info